Ölkə

FHN 2 balıqçını xilas etdi

Metbuat.az

Qaradağ rayonunda qayıqla dənizə çıxmış balıqçılar xilas edilib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, xilasetmə məntəqəsindən 1 km sağa, 1 km dənizin içərisinə doğru 2 nəfər batma təhlükəsi ilə üzləşib. Dərhal nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.