Digər

Fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb

Metbuat.az

Sabirabadda fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb.



Fövqəladə Hallar Nazirliyinin (FHN) Sabirabad Yanğından Mühafizə hissəsindən

APA

-ya verilən məlumata görə, Sabirabad rayonu, Quruzma kəndində 1971-ci il təvəllüdlü

Abbasov Salman Səttar oğluna

məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət olan ev əşyaları ilə birlikdə təmamilə yanıb.



Yanğının söndürülməsinə FHN Sabirabad Yanğından Mühafizə xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın saat 17:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.



Faktla bağlı araşdırma aparılır.



Milli.Az