Dünya
Mənbə
ANS PRESS
Fələstindən tarixi qələbə
Fələstin dövləti 1 apreldən etibarən Beynəlxalq cinayət məhkəməsinin (BCM) tam hüquqlu üzvü olub.
ANS PRESS-in məlumatına görə, Tass agentliyi xəbər verir ki, bu barədə BCM-in ictimai məlumat şöbəsinin rəhbəri Sonya Robla bildirib.
“Ənənəyə uyğun olaraq biz Fələstinin üzv qəbul olunması ilə əlaqədar daxili tədbir keçirəcəyik, lakin tədbir ictimaiyyət və mətbuat nümayəndələrinə açıq olmayacaq”- deyə Robla ölkə üçün sevindirici xəbərə şərh verib.
Artıq Fələstin dövlətinin BMT-dəki daimi nümayəndəsi olan Riyad Mansur BCM katibliyinə Roma statusuna qəbul olması barədə sənədləri təqdim edib. Bununla Fələstin BCM-in 123-cü üzvü olub.
Qeyd edək ki, Roma statusu BCM-in təsis etdiyi beynəlxalq mükafatdır.
Mənbə
ANS PRESS