Dünya
Fəhlənin yuxusu 176 nəfəri qorxutdu - VİDEO - FOTO
"Alaska Airlines" aviaşirkətinin sərnişin təyyarəsi ABŞ-ın Vaşinqton ştatındakı Sieto şəhərinin limanında səmaya qalxandan az sonra təcili eniş edib.
Səbəb isə yük yerində adamın qalması idi.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Siettl-Los-Anceles reysi ilə uçan 448-ci marşrutlu Boeing sərnişin təyyarəsi Takoma beynəlxalq hava limanında səmaya qalxandan az sonra yük yerində qışqırıq səsləri gəlib. Kimsə göyərtəni döyəcləyirdi.
Təyyarə havada cəmi 14 dəqiqə qalandan sonra yerə enib.
Yük yerinin qapısı açılanda oradan yükdaşıyan fəhlə çıxıb.
Sən demə, "Menzies Aviation" şirkətinin əməkdaşı olan bu adam təyyarəyə yük vurulan zaman orada yuxuya gedibmiş.
Təyyarədə 6 heyət üzvü və 170 sərnişin vardı.
Milli.Az