Digər

Facebook reklam bazarını "udur"

Metbuat.az

Strategy Analytics tədqiqat şirkətinin analitikləri bildiriblər ki, 2014-cü ildə sosial media seqmentində qlobal reklam bazarının həcmi ötən illə müqayisədə 41 faiz yüksələrək 15,3 milyard dollar təşkil edib. Facebook əvvəlki kimi bu bazarda lider mövqeyə malikdir.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ildə sosial şəbəkələrdə qlobal reklam xərclərinin 75 faizi Facebookun payına düşüb. 2014-cü ildə 1,2 milyard dollar qazanmış Twitterin payı 8 faiz təşkil edib.
 
Strategy Analyticsin analitiklərinin proqnozuna görə, cari ilin sonuna sosial mediada dünya reklam bazarının həcmi 19.8 milyard dollara və 2016-cı ilin sonuna 24,2 milyard dollara çatacaq.
 
Tədqiqat şirkətinin hesabatına əsasən, 2014-cü ildə sosial şəbəkə istifadəçilərinin sayı ilk dəfə 2 milyard nəfəri ötüb. Onların 68 faizini Facebookun auditoriyası təşkil edir. Sosial şəbəkə istifadəçilərinin 25 faizi Çində yaşayır.
 
Hesabatın digər nəticələri aşağıdakılardır:
 
Sosial şəbəkə istifadəçilərinin təxminən 46 faizi Asiya-Sakit okean regionunda yaşayır.
2014-cü ildə Şimali Amerikada sosial şəbəkə istifadəçilərinin sayı ilə ölkə əhalisi arasında nisbət 64 faiz təşkil edib.
Sosial media seqmentində dünya reklam xərcləri üzrə ən yüksək göstərici ABŞ-ın payına (41 faiz) düşüb.
Böyük Britaniya sosial media seqmentində reklam həcminə görə ikinci bazardır.
2015-ci ildə dünyada sosial şəbəkə istifadəçilərinin sayı 2,2 milyard nəfərədək artaraq dünya əhalisinin 31 faizini təşkil edəcək.
2019-cu ilin sonuna bu göstərici 2,72 milyard nəfərədək artaraq planetin əhalisinin 36 faizini təşkil edəcək.
 
Milli.Az