İdman
Etiraf etdi: “Həmişə “Mançester Yunayted”i çalışdırmaq istəmişəm"
“Vest Hem”in baş məşqçisi Sem Ellardays Kler Boldinqin qonağı olub.
Metbuat.az xəbər verir ki, məşhur mütəxəssis maraqlı açıqlamalarla yadda qalıb. Ellardays əsas hədəfinin “Mançester Yunayted”i çalışdırmaq olduğunu etiraf edib:
“Əgər “Vest Hem”in xəyallarımın komandası olmadığını söyləsəm, azarkeşlər məndən inciyər. Ancaq düzünü desəm, həmişə “Mançester Yunayted”i çalışdırmaq istəmişəm. “Bolton”da işləyən zaman tez-tez “Mançester Yunayted”in oyunlarını izləmək üçün “Old Trafford”a gedərdim.
Həyatımdakı ən böyük xəyal qırıqlığı isə İngiltərə yığmasına baş məşqçi təyin olunmamağımla bağlıdı. Futbol Federasiyası mənimlə Stiv Maklaren arasında seçim etmək məcburiyyətində qalan zaman Stivə üstünlük vermişdi”.