Mədəniyyət
"Eşq və intiqam" tamaşası Bakı tamaşaçılarına təqdim ediləcək
"Report" xəbər verir ki, Mingəçevir Dram Teatrının quruluşunda olan Süleyman Sani Axundovun "Eşq və İntiqam" əsəri Akademik Milli Dram Teatrının səhnəsində nümayiş ediləcək.
Aprelin 27-də nümayiş ediləcək tamaşanın quruluşçu rejissoru Zülfüqar Abbasov, quruluşçu rəs
samı Yusif İmamverdiyevdir.
Qeyd edək ki, bölgələrdə fəaliyyət göstərən teatrların paytaxt səhnəsində tamaşalar nümayiş etdirməsi təqdirəlayiq haldır.