Dünya
Ermənistanın müdafiə naziri Moskvaya səfərə gedib
Bakı. 16 aprel. REPORT.AZ/ Ermənistanın müdafiə naziri Seyran Ohanyan Moskvaya səfərə gedib.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda Ermənistan
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Məlumata görə, səfər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə gerçəkləşdirilir.
Xəbərdə bildirilib ki, S.Ohanyan Moskvada keçiriləcək beynəlxalq təhlükəsizliyə dair növbəti foruma qatılacaq.
Qey edək ki, səfər aprelin 17-dək davam edəcək.