Dünya

​Ermənistanda zəlzələ olub

Metbuat.az

Bakı. 6 aprel. REPORT.AZ/ Ermənistanda 3,5 bal gücündə zəlzələ baş verib.


"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda Ermənistan Milli Seysmik Xidmət mərkəzi bildirib.


Qavar, Martuni rayonlarında yeraltı təkanlar 3-4 bal gücündə olub. İrəvanda isə 2-3 bal gücündə zəlzələ qeydə alınıb.


Məlumatda bildirilib ki, episentrdə yeraltı təkanlar 4-5 bal gücündə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.