Dünya
APA
Milli.Az
Ermənistanda tutulan müxalifətçi həbsxanada aclığa başladı
Ermənistanda “Təsis parlamenti” adlı ictimai təşkilatın rəhbərlərindən olan Gevork Safaryan ona qarşı qanunsuz əməllərə və siyasi repressiyalara etiraz əlaməti olaraq aclıq elan edib.
APA
-nın “Armenia today” saytına istinadən verdiyi xəbərə görə, G. Safaryan hazırda həbsdədir. Onun barəsində təşkilatın 4 üzvü ilə birlikdə kütləvi iğtişaş hazırlamaq ittihamı ilə 2 ay müddətinə həbs tədbiri seçilib.
Hüquq müdafiəçilərinin müşahidə qrupu G. Safaryana baş çəkib. Onun aclıq edən məhbuslar üçün nərədə tutulan kameraya köçürüldüyü bildirilib.
Milli.Az