Dünya

Ermənistanda güclü zəlzələ oldu

Metbuat.az

Bu səhər Ermənistanda zəlzələ baş verib.



ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla səhər 05:26-da qeydə alınıb.



Zəlzələ episentrdə 4-5 balla ölçülüb.



Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.



Yeraltı təkanlar Göyçənin Kəvər şəhəri (Qavar), Martuni şəhərlərində 3-4 bal hiss edilib.



Paytaxt İrəvanda isə zəlzələnin gücü 2-3 bal olub.



Dağıntı haqda heç bir məlumat verilmir.

Mənbə
ANS PRESS