Dünya
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Ermənistan vətəndaşı Kremldə hazırlanan partlayış haqqında yalan məlumat verib
Moskva, 21 aprel,
AZƏRTACSoçi məhkəməsi Ermənistan vətəndaşı Aşot Arakelyanı 20 min rubl məbləğində cərimə edib. Krasnodar diyarının prokurorluğundan bildiriblər ki, RF-də qanunsuz yaşayan A.Arakelyan polisə Kremldə partlayış hazırlanması barədə yalan məlumat verib.
Məhkəmə müəyyən edib ki, Rusiya ərazisində qanunsuz yaşayan Ermənistan vətəndaşı A.Arakelyan yanvarın 15-də növbətçi hissəyə zəng vuraraq, bilərəkdən Kremldə partlayış hazırlanması barədə yalan məlumat verib.
Əvvəlcə məhkəmə A.Arakelyana 100 min rubl məbləğində cərimə şəklində cəza kəsib, lakin ilkin təhqiqat zamanı həbsdə olduğunu nəzərə alaraq, cəriməni 20 min rubla qədər azaldıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva