Digər

Ermənilərin qətlə yetirdikləri azərbaycanlı futbolçu dəfn edildi

Metbuat.az

Ermənilər tərəfindən Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən 27 yaşlı azərbaycanlı futbolçu

Emil Hüseynov

un meyidi Azərbaycana gətirilib.



Ümumrusiya Azərbaycan Konqresinin Sverdlovsk Vilayəti üzrə regional bölməsinin sədri

Şahin Şıxlinski APA

-ya açıqlamasında bildirib ki, E. Hüseynovun meyidi ötən axşam Bakıya, sonra isə Gəncəyə aparılıb.


 


E. Hüseynov bu gün Qazax rayonunun Fərəhli kəndində dəfn olunub.


 


Qeyd edək ki, E. Hüseynov aprelin 19-da səhər saatlarında Yekaterinburqda kafelərin birində baş vermiş insident nəticəsində bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədənlər dərhal aradan çıxıblar. Araşdırma zamanı məlum olub ki, həmyerlimizi bıçaqlayan milliyyətcə erməni Tiqran və Andranik Çiçakyan qardaşlarıdır.


 


Hüquq-mühafizə orqanları ilkin olaraq qətldə iştirak edən 5 nəfəri saxlayıb. Bir nəfər barəsində isə axtarış verilib. T. Çiçakyan barəsində cinayət işi başlanıb. Saxlanılan digər şəxslərin və hadisə şahidlərinin dindirilməsi davam edir.



Milli.Az

Uyğun link:


Ermənilər azərbaycanlı futbolçunu qətlə yetirdilər - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO