Ermənilər qiyama qalxır
Ermənistanın "Aykakan jamanak" qəzeti ölkəni sirkələyəcək, ictimaiyyət arasında geniş rezonans doğuran məlumat yayıb.
ANS PRESS-in məlumatına görə, qəzet yazır ki, "Ermənistan Elektrik Şəbəkəsi" Qapalı Səhmdar Cəmiyyəti mayın birinci ongünlüyündən etibarən millətə yeni sürpriz hazırlayır. Belə ki, QSC respublikada elektrik enerjisinin tariflərinin artırılması haqqında İctimai Xidmətlərin Nizamlanması üzrə Komissiyaya müraciət edəcək. Əhaliyə çatdırılan elektrik enerjisinin qiymətləri 6 dram həcmində qaldırılması təklif olunacaq. Beləliklə, bir kVt/saat üçün gündüz tarif 48 dram, gecə isə 38 dram təşkil edəcək.
Erməni ekspertlər, baş verən proseslərin hansı sonluqla nəticələnəcəyini söyləyiblər: "Bu ölkədə hakimiyyətin nə düşündüyünü bilmək çox çətindir. Amma görünən odur ki, bu qərar onsuz da zülmdə yaşayan milləti bir daha zülmətə qərq edəcək, əzab-əziyyətə düçar edəcək. Əhaliyə elektrik enerjisinin qiyməti təqribən 12 sentə başa gələcək. Gülməlidir ki, heş Avropanın inkişaf etmiş ölkəsində əhaliyə bu qiymədə elektrik enerjisi satılmır."
Onlar hakimiyyətdə olanların hiyləsinə də diqqət çəkiblər. Belə ki, bu qiymət artımı ictimaiyyət arasında ciddi narazılıq yaradarsa və bu, kütləvi aksiyalara, qiyamlara yol açarsa, o zaman iqtidardakılar elan edəcəklər ki, guya Rusiya Ermənistana verdiyi qazın qiymətini aşağı salıb. Yəni əvvəllər 1000 kubmetr qaz üçün 189 dollar verilirdisə, indi 167 dollar ödəniləcək.
Mənbə
ANS PRESS