Ölkə
Erməni silahlı bölmələri atəşkəs rejimini 27 dəfə pozub
Bakı. 20 aprel. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 27 dəfə pozub.
Bu barədə “Report”a Azərbaycan
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Belə ki, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Novruzlu, Yusifcanlı, Mərzili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.