Ölkə
Mənbə
ANS PRESS
Erməni ordusunda qorxulu xəstəlik
Ermənistan ordusunun Ağdam istiqamətində dislokasiya olunmuş hərbi hissələrində yoluxucu infeksiyon xəstəliklərdən olan vərəm tüğyan edir.
ANS PRESS-in məlumatına görə, bu barədə “Regional Sabitlik və Təhlükəsizlik” portalı məlumat yayıb. Portalın məlumatına görə, bu barədə yerli əhali erməni kütləvi informasiya vasitələrinə xəbər verib.
Xəbərə görə, xəstələrin çoxluğu və dərman preparatlarının çatışmazlığı ucbatından vərəm xəstələri üçün Qarakəndə dislokasiya olunmuş 3-cü polkun 4-cü batalyonunda səhra hospitalı yaradılıb.
Xəbər Ermənistan ictimayyətindən gizlədilir. Ölənlər müasir üslubda hazırlanmış dondurucuların köməyi ilə itkilərini bir müddət saxlamaqla əlverişli zamanda üzə çıxarılır.
Mənbə
ANS PRESS