Dünya

Erməni dölü quruyur

Metbuat.az

"Ermənistanda ermənilərin sayı azalır".



Bu barədə mətbuat konfransında demoqraf Ruben Yeqanyan bildirib. O qeyd edib ki, hər il ölkədə əhali sayı ən azı 1% azalır.



Bu, əsasən miqrasiya hesabına baş verir. Çünki Ermənistanda demək olar ki, iş tapıb ailəni dolandırmaq mümkün deyil. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalının davam etməsi də mühacirəti artırır. İnsanlar yaxşı həyat axtarışı üçün gedirlər.



"Özü də, əmək qabiliyyətli əhali azalır ki, bu da əmək resursunun azalması ilə nəticələnib"- deyə demoqraf bildirib.



Yeqanyanın sözlərinə görə, hazırda əhalinin təbii artımı təxminən 13-14 min nəfər təşkil edir, amma sabah vəziyyət dəyişə bilər və ölüm doğumu üstələyə bilər. "Bunun üçün, təəssüf ki, hər cür əsas var",- deyə Yeqanyan vurğulayıb.



"Bundan başqa, bu gün əgər bizdə gizli əhali azalması varsa, bir-iki ildən sonra bu proses açıq müstəviyə keçəcək", - deyə demoqraf bildirib.



Ölkə rəhbərliyi iqtisadiyyatla ciddi məşğul olmazsa, vəziyyət daha da pisləşəcək.



Ermənistan milli statistika xidmətinin məlumatına görə, 2014-cü ildə ölkəni birdəfəlik 8 mindən çox adam tərk edib. Yerli ekspertlər bu rəqəmi həddindən kiçildilmiş sayırlar.


Mənbə
ANS PRESS