Dünya
Erməni demoqraf: "Hər il Ermənistanda əhalinin sayı azalır"
Bakı. 18 aprel. REPORT.AZ/ "Ermənistan əhalisinin sayı hər il bir faiz azalır".
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu yerli demoqraf Ruben Yeqanyan bildirib.
Onun sözlərinə görə, yaxın zamanda Ermənistanda ölənlərin sayı doğulanlardan çox olacaq.
"Hazırda bizdə vəziyyət beləddir: doğulanların sayı ölənlərin sayından 14 min çoxdur. Ancaq yaxın 5-10 ilə bu vəziyyət dəyişəcək. Hər il Ermənistanda əhalinin sayı bir faiz azalır. Əmək qabiliyyəti olan əhalinin sayında da azalma müşahidə olunur. Bu isə əmək ehtiyatının azalması deməkdir", - o, vurğulayıb.
R.Yeqanyan deyib ki, bunun üçün Ermənistanda doğumun səviyyəsinin artırılması vacibdir: "Ancaq bunun da nəticə verəcəyinə ümid azdır".