Dünya

​Ərdoğan Qazaxıstana rəsmi səfər edəcək

Metbuat.az

Bakı. 14 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana rəsmi səfər edəcək.


"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Prezident Administrasiyası mətbuat xidmətinin məlumatına görə, səfər Qazaxıstan prezidenti Nursultan Nazarbayevin dəvəti ilə 15-17 aprel tarixlərində baş tutacaq.


Səfər zamanı aprelin 16-da dövlət başçılarının Türkiyə-Qazaxıstan Strateji Əməkdaşlıq Şurasının ikinci iclasında iştirakı nəzərdə tutulur.


Türkiyə prezidenti aprelin 17-də Türkistan şəhərinə səfər edəcək və orada Hoca Əhməd Esevi məscidinin açılışında iştirak edəcək.