Dünya

Ərdoğan “like”a görə tutdurdu (FOTO)

Metbuat.az

Türkiyənin Qaziantep şəhərində yerli jurnalist Yaşar Elma sosial media hesabından bir başqasının yaydığı materialı “like” elədiyinə görə 1 il 11 ay 10 gün həbs cəzası alıb.



ANS PRESS-in məlumatına görə, materialda həmin dövrdə baş nazir olmuş prezident Rəcəb Tayyib Ərdoğan təhqir edilib.



Material 2014-cü il il 16 iyulda “Facebook”da paylaşılıb. Yaşar Elma mətni bəyənərək paylaşdı. Bunun ardından Yaşar Elma haqqında “Dövlət məmuruna vəzifəsinə görə təhqir məhkəmə iddiası qaldırılıb.





Mənbə
ANS PRESS