Dünya

Ərdoğan: "İran endirim etsə, daha çox qaz alarıq"

Metbuat.az

Ankara ümid edir ki, İran Türkiyəyə tədarük etdiyi qazın qiyməti ilə bağlı endirim təqdim edəcək.



Trend

-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti

Rəcəb Tayyib Ərdoğan

Tehranda İran prezidenti

Həsən Ruhani

ilə birgə keçirdiyi mətbuat konfransında deyib.



O vurğulayıb ki, Türkiyə ən baha qazı İrandan alır.



Prezidentin sözlərinə görə, əgər İran endirim tətbiq etsə, Türkiyə tərəfi İrandan idxal etdiyi qazın həcmini artıra bilər.



Türkiyə KİV-lərində açıqlanan rəqəmlərə görə, Türkiyə İran qazının hər min kubmetrinə görə 490 ABŞ dolları ödəyir. Azərbaycan qazının (Bakı-Tbilisi-Ərzurum xətti ilə) idxalı Ankaraya hər min kubmetrə görə 355 ABŞ dollarına, Rusiya qazının min kubmetrinin idxalı isə 425 ABŞ dollarına başa gəlir.



Türkiyənin İranla imzaladığı qaz tədarükünə dair müqavilədə ildə 10 milyard kubmetr İran qazının idxalı nəzərdə tutulur ki, bu göstərici Rusiya ilə müqavilədə 20 milyard kubmetr, Azərbaycanla müqavilədə isə 6,6 milyard kubmetrdir.



Milli.Az