İdman

Ərdoğan futbolla bağlı iclas keçirəcək

Metbuat.az

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan futbolla bağlı iclas keçirəcək.



ANS PRESS-in məlumatına görə, iclasın keçirilməsi bir neçə gün öncə "Fənərbaxça" klubunun avtobusuna təşkil edilən silahlı hücumla bağlıdır.



12 aprel tarixində İstanbulda keçiriləcək yığıncağda Türkiyə Futbol Federasiyasının (TFF) rəsmiləri, Klublar Birliyi Vəqfinin prezidenti və Türkiyə Süper Liqa komandalarının kapitanlarından ibarət heyət iştirak edəcək.



Qəbulda TFF birinci sədr müavini Sərvət Yardımçı və Türkiyə futbol direktoru Fateh Terimin də iştirak etməsi gözlənilir.



Görüşdə "Fənərbaxça" avtobusuna qarşı silahlı hücumla bağlı cəmiyyətə həmrəylik mesajı veriləcək. Futbolda şiddətinin qarşısını ala bilmək üçün müzakirələr aparılacaq.

Mənbə
ANS PRESS