Dünya

Ərbildə ABŞ konsulluğunun qarşısında partlayış: 1 ölü, 5 yaralı

Metbuat.az

İraqın Ərbil şəhərində ABŞ konsulluğunun qarşısında törədilən partlayış törədilib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

İlkin ehtimala görə, hədəfdə konsulluğun əməkdaşları olub. Partlayıcı maddənin konsulluğunun qarşısında saxlanmış avtomobildə işə düşdüyü bildirilir.