Dünya
Ən məşhur sirk satılır
Kanadanın "Cirque du Soleil" şirkətinin səhmlərinin nəzarət paketi ABŞ və Çindən olan investisiya şirkətlərinə satılacaq.
Milli.Az Bllomberg-ə istinadən bildirir ki, şirkəti ABŞ-ın TPG Capital və Çinin Fosun investisiya fondları alacaqlar. "Cirque du Soleil"in banisi Gi Laliberte 10 faizlik minoritar səhm paketini saxlayacaq. "Cirque du Soleil"in mərkəzi ofisi Kanadanın Monreal şəhərində qalacaq.
Sövdələşmənin məbləği 1,5 milyard dollardır.
1984-cü ildə Gi Laliberte və Jilem Sent-Kruanın yaratdıqları"Cirque du Soleil"də 4 min nəfər çalışır.
Milli.Az