İdman

Elxan Məmmədov və Məşqçilər Komitəsinin üzvləri Avropa çempionatı haqqında müzakirələr aparıblar (FOTOLAR)

Metbuat.az

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Məşqçilər Komitəsinin üzvləri və texniki direktorla görüş keçirib.

Metbuat.az-ın xəbərinə görə, görüşdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə təyinat, həmçinin U-17 yığmamızın gələn il keçiriləcək Avropa çempionatına hazırlıq prosesi ətraflı müzakirə olunub.

Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2016-cı ildə Azərbaycanda keçiriləcək və U-17 yığmamız təşkilatçı ölkənin təmsilçisi olaraq final mərhələsində iştirak edəcək.