Ölkə

Elmi İnnovasiyalar Mərkəzinin əməkdaşı ölkəmizi beynəlxalq tədbirdə təmsil edəcək

Metbuat.az

Bak, 9 aprel

AZƏRTAC

İyunun 1-dən 6-dək Fransada “Məktəbdə elm və təhsil” mövzusunda VI Beynəlxalq seminar keçiriləcək.


Azərbaycan Mili Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzindən

AZƏRTAC

-a bildiriblər ki, beynəlxalq tədbirdə bu elm müəssisəsinin əməkdaşı Rəfiqə Ağakişiyeva “La main a la pate” Fondu direktorunun dəvəti ilə ekspert kimi ölkəmizi təmsil edəcək.


Fransanın Xarici İşlər, Təhsil nazirliklərinin və “La main a la pate” Fondunun birgə təşkilatçılığı ilə keçirilən seminarın məqsədi elmin təhsilə intiqrasiyasının genişləndirilməsi, müəllimlərə kömək göstərilməsi, elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, pedaqoji və elmi resursların hazırlanması və yayımlanması, elm və təhsilin inkişafına alim və sənayeçilərin cəlb olunmasıdır.


Qeyd edək ki, “La main a la pate” Fondu 1998- ci ildə yaradılıb. Qurum 50-dən çox ölkə ilə əməkdaşlıq edir.