Sosial

Elektrik Şəbəkəsinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb

Metbuat.az

"Report"

Daxili İşlər Nazirliyi

nin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, İsmayıllı rayonunun Basqal qəsəbəsindəki yarımstansiyada rayon elektrik şəbəkəsində montyor işləyən qəsəbə sakini Mansur Cabbarov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.