Dünya
“Əl-Qaidə” Yəməndə hərbi düşərgəni ələ keçirib
[ 17 Aprel 2015 20:38 ]
Bakı-APA. “Əl-Qaidə” silahlıları Yəməndə hərbi düşərgəni ələ keçirib.
APA-nın “AFP”-yə istinadən məlumatına görə, yerli hökumət faktı təsdiqləyib.
Qeyd olunur ki, terrorçuların əlinə xeyli sayda ağır silah keçib.
Bundan əvvəl “Əl-Qaidə” silahlıları Yəmənin cənubunda iri hava və dəniz limanı, habelə neft bazasını ələ keçirmişdilər.