Dünya

“Əl-Qaidə” təşkilatına bağlı yaraqlılar Yəmənin cənubundakı neft terminalını ələ keçirib

Metbuat.az


Bakı, 17 aprel,

AZƏRTAC

“Əl-Qaidə” təşkilatına bağlı qəbilələrdən olan yaraqlılar Ərəb yarımadasının cənubunda Yəmənin Hadramaut əyalətindəkı Əş-Şihr neft ixracı terminalını ələ keçiriblər.


AZƏRTAC

Daily Star qəzetinə istinadla xəbər verir ki, terminalı qoruyan əsgərlər hücum zamanı yaraqlılara heç bir müqavimət göstərməyib.


Əş-Şihr neft terminalı ilə orta hesabla sutkada Hadramaut yatqlarından hasil olunan 120 min barreldən 140 min barrelə qədər neft ixrac edilir.


Qonşu Şabva əyalətindəki təbii qazın maye halına salınması üzrə iri müəssisənin olduğu Belhaf qaz terminalı da “Əl-Qaidə” təşkilatının əlinə keçə bilər.