Digər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb

Metbuat.az

[ 09 Aprel 2015 13:02 ]


Havalar qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə düşəcək

Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 10-dan 13-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.