Ölkə
Əfqanıstanın keçmiş XİN başçısı Bakıya gələcək
Bakı. 22 aprel. REPORT.AZ/ Əfqanıstanın sabiq xarici işlər naziri Rangin Dadfar Spanta Azərbaycana səfər edəcək.
Əfqanıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, diplomat Bakıda keçiriləcək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun əməkdaşlığı çərçivəsində 27-29 aprel tarixlərində Bakıda keçiriləcək Üçüncü Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək.
Qeyd edək ki, sabiq XİN başçısı Bakıya Əfqanıstanın keçmiş prezident Hamid Kərzai ilə birlikdə gələcək.
Rangin Dadfar Spanta 2006-2010-cu illərdə Əfqanıstan XİN-ə rəhbərlik edib.