Dünya

​Əfqanıstanda "Taliban"ın prokurorluq binasına hücumu nəticəsində 5 nəfər öldürülüb

Metbuat.az

Bakı. 9 aprel. REPORT.AZ/ Əfqanıstanda terrorçu "Taliban" hərəkatı silahlılarının Bəlx əyalətinin Məzari-Şərif şəhər prokurorluğunun binasına basqını nəticəsində 5 nəfər, o cümlədən prokuror öldürülüb.


"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bir qrup silahlı prokurorluq binasına basqın edərək arası kəsilmədən atəş açıb.


Məlumatda bildirilib ki, çoxlu sayda ölən və yaralananlar var. Məzari-Şərif şəhərindəki xəstəxananın baş həkimi Xoca Nur Məhəmməd Faizin sözlərinə görə, xəstəxanaya prokuror və polis də daxil olmaqla 5 nəfərin meyiti gətirilib. O, 25 nəfərin yaralandığını da qeyd edib.


Binaya hücumun məsuliyyətini "Taliban" hərəkatı üzərinə götürüb.