Dünya
AZƏRTAC
Əfqanıstanda hökumət qoşunları ilə NATO qüvvələri arasında atışma baş verib
Bakı, 8 aprel,
AZƏRTACƏfqanıstanın Nanqarxar əyalətində hökumət qoşunları ilə NATO hərbçiləri arasında baş verən atışmada iki nəfər həlak olub, beş nəfər yaralanıb.
AZƏRTAC
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, koalisiya qüvvələri komandanlığının məlumatına görə, insident zamanı bir Amerika hərbi qulluqçusu öldürülüb. Əfqan polisi də öz növbəsində milli ordunun bir hərbçisinin öldüyünü bildirib.
Yaralanan beş nəfərdən ikisinin amerikalı olduğu bildirilir.
Atışma əyalət qubernatorunun möhkəmləndirilmiş iqamətgahında baş verib. Baş verənlərin səbəbi hələlik açıqlanmayıb.