Dünya
Əfqanıstanda bir gündə 35 nəfər terror aktlarının qurbanı olub
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda yerli polis məlumat yayıb.
Hadisə qurbanlarının sayının artacağı da istisna edilmir.
Xatırladaq ki, bu, bir gün ərzində Əfqanıstanda törədilən üçüncü terror hadisəsidir.
Ölkənin Cəlalabad rayonunda baş verən iki belə hadisə nəticəsində 33 nəfər ölüb, yüzdən çox sakin yaralanıb.
Terror hadisələrinin məsuliyyətini Əfqanıstandakı İŞİD terrorçuları üzərinə götürüb.