Dünya

Əfqanıstanda atışma: 30 ölü

Metbuat.az

Bakı, 12 aprel,

AZƏRTAC

Əfqanıstanın Badahşan vilayətində taliban yaraqlıları ilə təhlükəsizlik qüvvələri arasında çıxan atışmada 30 nəfər həyatını itirib.


AZƏRTAC

xarici KİV-lərə istinadla xəbər verir ki, Badahşan qubernatorluğunun nümayəndəsi Ahmad Navid Furuten yaraqlıların Cormun Aabı Rage və Aabı Cukhan bölgələrində polis məntəqələrinə eyni vaxtda hücumlar təşkil etdiyini söyləyib. Atışmada 21 talibançı ilə yanaşı, 9 polisin də öldüyünü deyən A.Furuten, 18 yaraqlı ilə 7 polisin yaralandığını diqqətə çatdırıb, 8 əsgərin itkin düşdüyünü bildirib.


Taliban sözçüsü Zabihullah Mücahid isə hücumda 49 əsgər və polisin öldüyünü, 42-nin yaralandığını iddia edib. Atışmada 5 nəfərin həyatını itirdiyini vurğulayan Mücahid, bölgədəki 13 polis məntəqəsinin taliban yaraqlılarının əlinə keçdiyini söyləyib.