Dünya

Əfqanıstan İranla münasibətlərini möhkəmlətmək niyyətindədir

Metbuat.az

Bakı. 19 aprel. REPORT.AZ/ Əfqanıstan prezidenti Əşrəf Qani Tehrana iki günlük səfərə gəlib .


"Report" BBC-yə istinadən xəbər verir ki, Əşrəf Qani İranlı həmkarı Həsən Rohani və digər rəsmi şəxslərlə görüşməlidir.


Əfqanıstanla İran arasında sıx əlaqələr mövcuddur. 


2001-ci ildə İran Əfqanıstanda taliban hökümətinin devrilməsi məqsədilə yaradılan beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ-a dəstək vermişdi.


Əşrəf Qani Suriya və İraqda fəallıq göstərən "İslam Dövləti" (İD) hərəkatının Əfqanıstana da yayıla biləcəyindən narahtlığını bildirib.


Son bir neçə ay ərzində Taliban üzvləri İD-ə sadiq olduqlarını bəyan edirlər. İraq hökümətinin İD qüvvələrilə mübarizəsində İran mühüm rola malikdir.