Ölkə
Mənbə
ANS PRESS
Dünyanın ilk poçt markası Azərbaycanda (FOTO)
Azərbaycanda üzərində dünyanın ilk poçt markasının əks olunduğu marka dövriyyəyə buraxılıb.
ANS PRESS-in məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” şirkəti dünyada ilk poçt markasının buraxılmasının 175 illiyi münasibəti ilə poçt markası nəşr etdirib.
Nəfis dizaynda hazırlanmış markanın nominal dəyəri 20 qəpik təşkil edir.
Qeyd edək ki, 1840-cı il mayın 6-da ilk dəfə olaraq üzərinə pul şəkli ( 1 penni) təsvir olunmuş poçt markası rəsmi şəkildə İngiltərədə məktubların üzərinə vurulmaqla poçt ödəniş nişanı kimi istifadə edilməyə başlanıb.
Mənbə
ANS PRESS