Dünya
AZƏRTAC
Dünyanın ən yaşlı insanı titulu amerikalı qadına keçib
Bakı, 1 aprel,
AZƏRTACPlanetimizin ən yaşlı insanı titulu 116 yaşlı ABŞ sakini Gertrud Uiverə keçib. O, bu titula aprelin 1-də yaponiyalı Misao Okavanın ölümündən sonra yiyələnib.
AZƏRTAC
Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu il martın 5-də 117 yaşını qeyd edən Misao Okava 2013-cü ildə 116 yaşlı həmyerlisi Dziroemon Kimuranın vəfatından sonra yer üzündə ən yaşlı insan kimi Ginnesin rekordlar kitabına daxil olunmuşdu.
Okava uzun ömürlüyünü dadlı yeməkləri və istirahəti xoşladığı ilə izah edirdi. Lakin öz ad günündə doyunca tort yedikdən sonra iştahasını itirən qadın çoxsaylı nəvələrinin əhatəsində vəfat edib.
Reuters agentliyinin verdiyi məlumata görə, dünyanın hazırkı ən yaşlı insanı Gertrud Uiverin 117 yaşı iyulun 4-də tamam olacaq.