Ölkə
“Dünya Autizm Maarifləndirmə” ayı çərçivəsində tədbir və film nümayişi
Bakı, 14 aprel,
AZƏRTACAprelin 14 –də “Autist Uşaqların Reabilitasiyasına Kömək” İctimayi Birliyi (İB) Nizami Kino Mərkəzinin dəstəyi ilə “Dünya Autizm Maarifləndirmə” ayı çərçivəsində tədbir və film nümayişi keçirib.
Kino mərkəzin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Azərbaycanda autizm sindromlu uşaqlara dövlət qayğısından, əlaqədar layihələrin hazırlanmasından, və autizm sindromlu uşaqların sosiallaşması üçün görülən işlərdən danışıblar.
Çıxışlardan sonra, Oskar, “Qızıl qlobus” və Berlin kinofestivalının “Qızıl ayı” mükafatlarına layiq görülmüş rejissor Barri Levinsonun “Yağış adamı” filmi nümayiş edilib.
Tədbirin sonunda İB-nin sədri Elnur Məmmədli göstərdikləri dəstəyə görə kino mərkəzin əməkdaşlarına təşəkkürünü bildirib.