Dünya

Dubayda qum fırtınası (VİDEO)

Metbuat.az

Birləşmiş Ərəb Əmirliklərində şiddətli qum fırtınası baş qaldırıb.



ANS PRESS-in məlumatına görə, Emirates247channel telekanalı güclü küləklə yaranmış qum fırtınasının kadrlarını yayıb.



Güclü küləyin səhrada qum kütləsini havaya qaldırması nəticəsində Dubay şəhərdə görünmə dərəcəsi məhdud səviyyəyə düşüb. Birləşmiş Ərəb Əmirliklərinin Milli Meteorologiya Mərkəzi uzaqdan görünmənin 500 metrdən çox olmadığını bildirib.



Yerli sakinlər qumun ağciyərlərə dolmasının qarşısını almaq üçün qoruyucu maskalardan istifadə edir.



Dubay Beynəlxalq Hava Limanında bir çox aviareyslər təxirə salınıb, bununla yanaşı yüzlərlə sərnişin aeroportlarda gözləməli olub.



Mənbə
ANS PRESS