Ölkə

Drone kamera 3D formatlı şəkillər vasitəsilə video hazırlayır

Metbuat.az

Bakı, 9 aprel,

AZƏRTAC

Fransız alimi Sisveo 3D formatlı şəkillər vasitəsilə video hazırlayan kamera yaradıb. Əsasən konstruksiya sahəsi üçün gərəkli olan bu aparat memarlara evlər, göydələnlər tikərkən lazım olacaq. Onlar idarədə saatlarla çalışmadan çox asanlıqla hər hansı bir məkanda tikmək istədikləri binanın modelini dizayn edə biləcəklər.


Azərbaycan Milli Elmlər Akademiyasından

AZƏRTAC

-a bildiriblər ki, kompleks alqoritmlərlə çalışan bu aparatın “qrafika kitabxanası” adlanan proqramı istənilən şəkilləri yükləyə bilir. Toplanan şəkillər əsasında drone kamera video hazırlayır.


Fransalı alim bu il aparatı ictimaiyyətə təqdim etmək niyyətindədir. Fransa Kosmik Agentliyi aparatın lisenziyasını hələ 2013-cü ilin sonlarında əldə edib.