Ölkə

Dövlət Gömrük Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək

Metbuat.az

Bakı, 17 aprel,

AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev aprelin 24-də saat 11-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində (20 Yanvar küçəsi, 148) bu bölgədən olan vətəndaşları qəbul edəcək.


Komitədən

AZƏRTAC

-a bildiriblər ki, qəbul zamanı Mingəçevir, Şəki, Yevlax, Ağdaş rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.


Qəbulda iştirak etmək istəyən vətəndaşlar aprelin 23-ü saat 11-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-24) ilə əlaqə saxlaya bilərlər.