Dünya

Donbasda ölənlərin sayı 6 108-ə çatdı

Metbuat.az

Ukraynanın şərqində hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 6 108 nəfərə çatıb.

APA-nın məlumatına görə,  BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi üzrə İdarəsinin hesabatında belə deyilir.

“2014-cü il aprelin ortalarından 2015-cu il aprelin 9-dək Ukraynanın şərqində azı 6 108  nəfər həlak olub, 15450 nəfər yaralanıb”, hesabatda deyilir.

Əvvəlki hesabatda 6 090 nəfərin öldüyü, 15429 nəfərin isə yaralandığı bildirilirdi.