Dünya

Dominikan Respublikasında turistləri daşıyan yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Metbuat.az


Bakı, 21 aprel,

AZƏRTAC

Dominikan Respublikasında yüngül mühərrikli təyyarə Punta-Kana kurort kompleksində yerləşən hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb.


AZƏRTAC

Euronews telekanalına istinadla xəbər verir ki, hadisə zamanı təyyarənin göyərtəsində olan 7 nəfərin – pilot və 6 turistin hamısı həyatını itirib. Turistlərin 4-ünün İspaniya, 2-sinin isə Britaniya vətəndaşları olduğu bildirilir.


İlkin məlumatlara görə təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Pilot qolf meydançasında qəza enişi etmək istəsə də, buna ağaclar mane olub və təyyarə yerə çırpılaraq partlayıb.