Ölkə

Dollar yenə bahalaşdı

Metbuat.az

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.



ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 dollar 1.0496-dan 1,0517-yə qədər bahalaşıb.



Avronun məzənnəsində isə azalma qeydə alınıb. Belə ki, 1 avro 1.1482-dən 1,1399-a qədər ucuzlaşıb.



Rusiya rublunun kursunda da dəyişiklik müşahidə edilib. İndi 1 rublun dəyəri cüzi artaraq 0,0191 manata çatıb.



Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 AZN təxminən 0, 78 ABŞ dolları idi.

Mənbə
ANS PRESS