Dünya

"Doktor Qiyamət"in proqnozu: "Bu ölkə borcunu ödəyə bilməyəcək"

Metbuat.az
Feber bu ölkənin gələcəyinə dair bədbin proqnoz səsləndirib

“Dr. Qiyamət” ləqəbli sərmayə eksperti Mark Feber maliyyə sıxıntısı yaşayan Yunanıstan barədə şokedici açıqlama verib.



Anspress

-in məlumatına görə, Feber bu ölkənin gələcəyinə dair bədbin proqnoz səsləndirib.



“Qarşıdakı 10 il ərzində Yunanıstanın böyümə tempi 10 faizə çatsa da, bu ölkə borcunu ödəyə bilməyəcək. Yunanıstan Avrozonadan ayrılaraq paralel pul vahidindən istifadə edə bilərdi. Amma Avropada buna izn verəcək iştah yoxdur. Şəxsən mən bunun iqtisadi yox, siyasi bir məsələ olduğunu hesab edirəm”.



Məşhur investor ABŞ və NATO kimi qüvvələrin Yunanıstanın Avrozonadan ayrılmasını istəmədiyini, çünki bu təqdirdə Rusiya və Çin kimi ölkələrin Yunanıstanın qapısını döyəcəyini deyib.



Milli.Az