Ölkə

Dissertasiya şurasının növbəti iclası

Metbuat.az

Bakı, 4 aprel,

AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) nəzdindəki FD.01.231 dissertasiya şurasında birdəfəlik doktorluq dissertasiyasının müdafiəsinin keçirilməsi üçün təşkil edilmiş dissertasiya şurasının iclası keçirilib.


İnstitutdan

AZƏRTAC

-a bildiriblər ki, dissertasiya şurasının sədri, AMEA-nın akademik katibi, İTİ-nin direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verib. Şuranın sədri iclasın 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işlərinin təqdim edilməsi və kuratorların təsdiqi məsələlərinə həsr olunduğunu diqqətə çatdırıb.


İclasda texnika elmləri doktoru elmi dərəcəsi almaq iddiasında olan Şahnaz Şahbazovanın “Qeyri-səlis neyron şəbəkə əsasında paylanmış biliklər bazasının layihələndirilmə modelləri və metodları” mövzusunda dissertasiya işi təqdim edilib, kuratorlar təyin olunaraq təsdiqlənib.


Texnika elmləri doktorları, professorlar Məsumə Məmmədova və Cavanşir Məmmədov, texnika elmləri doktoru Nadir Ağayev iddiaçı Ş.Şahbazovanın dissertasiya işi üzrə kuratorlar təyin olunublar.