Deputat: “Avropa Oyunları ərəfəsində anti-azərbaycan koalisiyasında birləşən qüvvələr istəklərinə nail ola bilməyəcəklər”
Onun sözlərinə görə, Avropa Oyunları ərəfəsində həmin qüvvələr istəklərinə nail ola bilməyəcəklər: “2011-ci ildə ölkədə keçirilən “Eurovision” mahnı müsabiqəsində də onlar təxribat xarakterli işlərə əl atmaq istəyirdilər, lakin istəklərinə nail ola bilmədilər. Bütün bu kimi halları nəzərə alaraq, Oyunların keçirilməsi ərəfəsində bütün imkanlarımızı səfərbər edəcəyik. Buradan bütün xalqa səslənirəm ki, iradəmizi bir yerə qoyaraq həmin şəxslərə birgə müqavimət göstərə bilək”.
Deputat
Fazil Mustafaisə 24 apreldə İrəvanda və digər ölkələrdə uydurma “erməni soyqırımı”nın ildönümü ilə bağlı tədbirlər keçiriləcəyini xatırladıb: “Həmin dövrdə ermənilərə özümüzə məxsus cavab verməliyik. Konkret siyasi plan həyata keçirməliyik. Türklər ağıllı addım atdı və həmin vaxt Çanaqqalının 100 illiyini qeyd edəcəklər. Biz də bunu əsas götürürək Çanaqqalanın 100 illiyini Azərbaycanda da qeyd etməliyik. Bununla Bakıda həm atəşfəşanlıq, həm də türklərlə həmrəylik nümayiş etdirə bilərik”.