Digər

Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Metbuat.az

[ 20 Aprel 2015 14:55 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Lənkəran Şəhər Məhkəməsində dələduzluqda təqsirləndirilən Hüseyn Nuriyеv və Məzahir Mirzəyеvin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 3  il 6  аy müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs əlbir olaraq vətəndaşları qızıl satmaq adı ilə aldadaraq xeyli miqdarda pul vəsaitini mənimsəməkdə təqsirləndirilirlər.

Hər iki şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.