Dünya

Dəhşətli yanğın 100-dən çox evi külə döndərdi

Metbuat.az

Rusiya Federasiyasının tərkibində olan Xakasiya Respublikasında baş verən yanğın nəticəsində 100-dən çox ev yanıb.



Anspress

-in məlumatına görə, bunu operativ qərargah nümayəndəsi öz açıqlamasında deyib. Yanan evlərin Xakasiya Respublikasının 16 məskunlaşmış məntəqəsində yerləşdiyi bildirilib.



Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi

Viktor Yatsutsenko

yanğın haqqında açıqlama verib. O, Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri

Vladimir Puçkov

un çağırdığı yığıncaqda 15 nəfərin xəsarət aldığını, onlardan ikisinin vəziyyətinin ağır olduğunu deyib.



Milli.Az